Əks yola çıxan “Nissan” “VAZ”la toqquşdu; 1 ölü, 10 yaralı - FOTO

15:05 - 4 Noyabr 2020 - HADİSƏ

Tuva respublikasında iki nəqliyyat vasitəsinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az Rusiya KİV-nə istinadən məlumat verir ki, qəza noyabrın 4-də P-257 avtomagistralının 895-ci kilometrliyində qeydə alınıb.

Məlumata görə, “Nissan Liberty” markalı minik avtomobilinin sürücüsü yolun əks istiqmaətinə çıxaraq qarşıdan gələn “VAZ-219010” (LADA Granta) markalı minik avtomobili ilə toqquşub. Zərbənin şiddətindən hər iki avtomobilin ön hissəsi deformasiyaya uğrayıb.

Hadisə nəticəsində 1 ölüb, 10 nəfər isə xəsarət alıb. Yaralananlardan 5-i uşaqdır. Onlardan 2-si reanimasiyaya yerləşdirilib.

Faktla əlaqədar araşdırma aparılır.

 

Namiq Musayev


Xəbər xətti