Zaqatalada yol qəzası - xəsarət alan var

09:42 - 24 Mart 2026 - ÖLKƏ İÇİ

Ötən gün axşam saatlarında rayonun Yuxarı Tala kəndi ərazisində 2002-ci il təvəllüdlü Səbuhi Abdurahmanovun idarə etdiyi “VAZ 2109” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı çuxura düşüb.

Ucnoqta.az xəbər verir ki, qəza zamanı sürücü xəsarət alaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti