İsrail İranla danışıqlarda birbaşa iştirak etmir

08:22 - 24 Mart 2026 - DÜNYA

İsrail ABŞ prezidenti Donald Trampın bazar ertəsi günü elan etdiyi İranla danışıqlarda birbaşa iştirak etmir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Semafor portalı mənbələrə istinadən məlumat verib.

Mənbələrə görə, danışıqlarda ABŞ-nin xüsusi elçisi Stiven Uitkoff və ABŞ prezidentinin kürəkəni Cared Kuşner iştirak edir və zərurət yaranarsa, vitse-prezident Ceyms di Vens də iştirak edə bilər. Lakin İsrail bu məsələ ilə bağlı Vaşinqtondan məlumat alır.

ABŞ prezidentinin "Truth Social"da yazdığı kimi, Vaşinqton və Tehran son iki gündə hərbi əməliyyatların dayandırılması ilə bağlı "çox yaxşı və məhsuldar danışıqlar" aparıblar. O, məsləhətləşmələrin həftə ərzində davam edəcəyini bildirib. İddialara görə, bununla əlaqədar olaraq ABŞ lideri İranın enerji infrastrukturuna mümkün zərbələrin beş gün təxirə salınmasını əmr edib.

Bu arada, İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baqayi IRNA xəbər agentliyinə bildirib ki, Tehran Vaşinqtonla heç bir danışıqlar aparmayıb, lakin vasitəçilərə mövqeyini açıqlayıb.

Xəbər xətti