Ucnoqta.az
www.ucnoqta.az

<b><font color=red>Əks yola çıxan “Nissan” “VAZ”la toqquşdu;</font> 1 ölü, 10 yaralı<font color=red> - FOTO</font></b>

15:05 - 4 Noyabr 2020 tarixində dərc olunub.

Tuva respublikasında iki nəqliyyat vasitəsinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az Rusiya KİV-nə istinadən məlumat verir ki, qəza noyabrın 4-də P-257 avtomagistralının 895-ci kilometrliyində qeydə alınıb.

Məlumata görə, “Nissan Liberty” markalı minik avtomobilinin sürücüsü yolun əks istiqmaətinə çıxaraq qarşıdan gələn “VAZ-219010” (LADA Granta) markalı minik avtomobili ilə toqquşub. Zərbənin şiddətindən hər iki avtomobilin ön hissəsi deformasiyaya uğrayıb.

Hadisə nəticəsində 1 ölüb, 10 nəfər isə xəsarət alıb. Yaralananlardan 5-i uşaqdır. Onlardan 2-si reanimasiyaya yerləşdirilib.

Faktla əlaqədar araşdırma aparılır.

 

Namiq Musayev

Müəllif: