Ermənistan ərazisindən Siyəzənə, Qəbələyə və Kürdəmirə raket atılıb - MN

10:12 - 22 Oktyabr 2020 - Xəbər

Ermənistan ərazisindən Azərbaycan əraziləri raket atəşinə tutulub Oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub. Düşmən tərəfindən saat 07.00 radələrində Siyəzən rayonu istiqamətində 3 raket, saat 09.00 radələrində isə Qəbələ rayonu istiqamətində 2 raket və Kürdəmir rayonu istiqamətində 1 raket buraxılıb. Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub. Düşmənin raket hücumu nəticəsində tələfat yoxdur.

Xəbər xətti