Ucnoqta.az
www.ucnoqta.az

Ermənistan ərazisindən Siyəzənə, Qəbələyə və Kürdəmirə raket atılıb - <font color=red><b>MN</b></font>

10:12 - 22 Oktyabr 2020 tarixində dərc olunub.
Ermənistan ərazisindən Azərbaycan əraziləri raket atəşinə tutulub Oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub. Düşmən tərəfindən saat 07.00 radələrində Siyəzən rayonu istiqamətində 3 raket, saat 09.00 radələrində isə Qəbələ rayonu istiqamətində 2 raket və Kürdəmir rayonu istiqamətində 1 raket buraxılıb. Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub. Düşmənin raket hücumu nəticəsində tələfat yoxdur.
Müəllif: