Neftçala sakinindən ov tüfəngi götürülüb

13:25 - 20 Oktyabr 2020 - HADİSƏ

Neftçala rayon sakinindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Həsənabad qəsəbə sakini C.Əhmədovdan müvafiq sənədləri olmayan nömrəsi silinmiş “İJ-18” markalı ov tüfəngi götürülüb.

Xəbər xətti