Sabiq prokurorun qaynı evində amansızlıqla öldürüldü

18:16 - 24 Sentyabr 2020 - HADİSƏ

Bakıda qətl hadisəsi baş verib. Trend-in məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi ev 57a ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 1948-ci il təvəllüdlü Tağıyev Tahir Abbas oğlu yaşadığı evdə naməlum şəxs tərəfindən xüsusi amansızlıqla qətlə yetirilib. T. Tağıyevə çoxsaylı bıçaq zərbələri endirilib. Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb edilib. Hazırda qatilin tapılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir. Faktla bağlı araşdırma aparılır. Məlumata görə, qətlə yetirilən T. Tağıyev Xətai rayonunun sabiq prokuroru Yusif İldırımzadənin qaynıdır.

Xəbər xətti