KİVDF-dən 3-cü jurnalistlər binası ilə bağlı Açıqlama

12:50 - 22 Sentyabr 2020 - Xəbər

Jurnalistlər üçün inşa olunmuş üçüncü binadakı mənzillərin verilməsi ilə bağlı prosesin yaxın zamanlarda başlayacağı, ilkin mərhələdə 50 jurnalistə mənzil hədiyyə ediləcəyi barədə xəbərlər yayılıb.

Ucnoqta.az xəbər verir ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) mətbuat katibi İlkin Nadirov APA-ya açıqlamasında deyib ki, hələ ki, inşa olunmuş üçüncü binadakı mənzillərin jurnalistlərə verilməsi məsələsində heç bir yenilik yoxdur.

Bu barədə hər hansı informasiya olsa, ictimaiyyətə məlumat veriləcəyini söyləyən İ. Nadirov  qeyd edib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

Xəbər xətti