Goranboyda yük maşını aşıb, xəsarət alan var

17:40 - 17 Sentyabr 2020 - HADİSƏ

Goranboy rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Yük maşını idarəetmədən çıxaraq aşıb. Nəticədə Goranboy rayonunun Veyisli kənd sakini, 1997-ci il təvəllüdlü Tacəddin Raqif oğlu İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, ilk olaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılıb, yaralı daha sonra Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti