Ana səhifə Mobil versiya
25 Sentyabr 2020

Hacıqabulda minik avtomobili aşıb- sürücü ölüb

Hacıqabul rayonunda yol qəzası baş verib.

Hadisə bu gün səhər saatlarında Bakı-Qazax magistral yolunun rayonun Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Şirvan şəhər sakini, 1990-cı iltəvəllüdlü Elvin Sayadxan oğlu Hüseynov idarə etdiyi “Hyundai” markalı avtomobillə magistral yolda hərəkətdə olarkən anidən idarəetməni itirib. Nəticədə minik avtomobili qarşıda gedən yük maşınının arxa hissəsinə dəyib. Zərbənin təsirindən minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Qəza zamanı sürücü aldığı müxtəlif dərəcəli bədən xəsarətləri nəticəsində hadisə yerində dünyasını dəyişib. Meyit müayinə olunması üçün tibbi-ekspertizaya göndərilib.

Faktla bağlı araşdırma aparılır.///report

Tarix
15 Sentyabr 2020 [13:57]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-09-15 13:57:29
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin