Abşeronda iki avtomobil toqquşub, xəsarət alan var

21:05 - 11 Sentyabr 2020 - HADİSƏ

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində nəqliyyat vasitəsində olan 1993-cü il təvəllüdlü Yusufov Murad Ceyhun oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Zərbənin təsirindən avtomobildə ayağı sıxılmış vəziyyətdə qalıb. O, əraziyə gələn xilasedicilərin köməkliyi ilə avtomobildən çıxarılıb və xəstəxanaya çatdırılıb.

M.Yusufov əməliyyat olunub, həkimlərin səylərinə baxmayaraq, onun sağ ayağını bud nahiyəsindən amputasiya ediblər.

Faktla bağlı araşdırma aparılır./report

Xəbər xətti