Goranboyda qəza baş verib, ölən və yaralanan var - Foto

22:32 - 31 Avqust 2020 - HADİSƏ

Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo"nun xəbərinə görə, hadisə Goranboy - Ağcakənd avtomobil yolunun Səfikürd kəndindən keçən hissəsində olub. Hərəkətdə olan "Azsamand" markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılması nəticəsində maşında olan 1993-cü il təvəllüdlü Samir Xanlarov ölüb, bir nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 

 

Xəbər xətti