"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi

14:14 - 31 Avqust 2020 - İDMAN

Bu gün Çempionlar Liqasında  III təsnifat mərhələsinin püşkü atılıb.

İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində “Qarabağ”ın rəqibi müəyyənləşib.

Səpələnmişlər səbətində yer alan “Qarabağ” “Molde” (Norveç) klubu ilə qarşılaşacaq.

"Qarabağ" əvvəlki mərhələlərdə “Sileks”i (Şimali Makedoniya) 4:0, “Şerif”i (Moldova) 2:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları sentyabrın 15-16-da baş tutacaq. ///ofsideplus

Xəbər xətti