"Barcelona" ​​Messini satmağa hazırdır- Məbləğ açıqlandı

11:30 - 30 Avqust 2020 - İDMAN

İspaniyanın "Barselona" futbol klubu argentinalı hücumçu Lionel Messini İngiltərənin "Mançester Siti"sinə 280 milyon avroya satmağa hazırdır.

Trend TASS-a istinadən xəbər verir ki, daha əvvəl Messi "Barselona"dan ayrılmaq istəyi barədə deyib, namizədlər arasında İngilis "Mançester Siti", İtaliyanın "İnter" və Fransanın "Pari SenJermen" komandaları da var. Öz növbəsində "Barselona" Messini heyətdə saxlamaqda maraqlı olduqlarını açıqlayıb.

Mənbənin bildirdiyinə görə, "Barselona" həmçinin oyunçuların mübadiləsi imkanını da müzakirə etməyə hazırıdr.

 

Xəbər xətti