Ana səhifə Mobil versiya
22 Sentyabr 2020

Aİ Belarusa qarşı sanksiya tətbiq etməyə qərar verib

Avropa İttifaqı ölkələrinin Xarici İşlər nazirləri Belarusda prezident seçkilərindən sonra baş qaldıran etirazlar aksiyaları səbəbindən bu ölkəyə qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Slovakiyanın XİN rəhbəri İvan Korçak özünün “Twitter” səhifəsində yazıb.
Aİ məhdudiyyətlərin tətbiq olunacağı şəxslərin siyahısını tərtib edəcək. Təşkilatın fikrincə, sanksiyalar “repressiyaya məsuliyyət daşıyanlara” şamil olunacaq.

Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə yüksək nümayəndəsi Jozep Borrel isə “Twitter” səhifəsində bildirib ki, “Aİ Belarusdakı seçki nəticələrini qəbul etmir, zorakılığa və saxtalaşdırmaya görə məsuliyyət daşıyanların cəzalandırılması üzərində işlərə başlanılır”.

Tarix
14 Avqust 2020 [22:55]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-08-14 22:55:31
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin