Türkiyənin hərbi heyəti Azərbaycana gəldi

20:47 - 12 Avqust 2020 - Xəbər

Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar Türkiyə Silahlı Qüvvələrinin bir qrup hərbi heyəti ilə Azərbaycana səfər edib.

APA-nın xəbərinə görə, bu barədə Hulusi Akar "Twitter" səhifəsində yazıb.

Nazir bildirib ki, sabah Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycan-Türkiyə Quru Qoşunları və Hərbi-Hava Qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin Yüksək Səviyyəli Müşahidəçi günü çərçivəsində təlimlərin birinci mərhələsinin son epizodunu izləyəcək.

Xəbər xətti