"Zenit"in futbolçusunda koronavirus aşkarlandı

11:04 - 10 Avqust 2020 - İDMAN

Rusiyanın "Zenit" klubunun futbolçusu koronavirusa yoluxub. 

Bu barədə komandanın baş məşqçisi Sergey Semak “Rusiya-24” telekanalına açıqlamasında məlumat verib. 44 yaşlı mütəxəssis iki oyunçunun durumunun şübhəli olduğu və onlardan birinin testinin müsbət nəticələndiyini bildirib.

Semak futbolçunun adını açıqlamayıb və iki oyunçunun karantində olduğunu söyləyib.

Qeyd edək ki, Rusiya Premyer Liqasında yeni mövsüm başlayıb. "Zenit" avqustun 11-də səfərdə "Rotor"la üz-üzə gələcək. ///report

Xəbər xətti