Türkiyədə sərnişin avtobusu divara çırpıldı- ölən və yaralananlar var

10:20 - 9 Avqust 2020 - HADİSƏ

Türkiyənin İstanbul şəhərinin Şimali Mərmərə magistralında sərnişin avtobusu qəzaya uğrayıb. 

“Anadolu” agentliyi xəbər verir ki, hadisə zamanı avtobus yerüstü keçidin divarına çırpılıb. Qəza nəticəsində beş nəfər ölüb, 26 nəfər yaralanıb.

Qəzanın dəqiq səbəbləri məlum deyil. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.///oxu.az

Xəbər xətti