Ucnoqta.az
www.ucnoqta.az

Türkiyədə sərnişin avtobusu divara çırpıldı- <font color=red><b>ölən və yaralananlar var</b></font>

10:20 - 9 Avqust 2020 tarixində dərc olunub.

Türkiyənin İstanbul şəhərinin Şimali Mərmərə magistralında sərnişin avtobusu qəzaya uğrayıb. 

“Anadolu” agentliyi xəbər verir ki, hadisə zamanı avtobus yerüstü keçidin divarına çırpılıb. Qəza nəticəsində beş nəfər ölüb, 26 nəfər yaralanıb.

Qəzanın dəqiq səbəbləri məlum deyil. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.///oxu.az

Müəllif: