Cəlilabadda məktəb yanıb

09:29 - 7 Avqust 2020 - HADİSƏ

Cəlilabad rayonunda yanğın olub. 

Hadisə rayonunun Cəfərli kəndində, orta məktəb binasında baş verib.
Nəticədə ümumi sahəsi 170 m² olan birmərtəbəli, dördotaqlı orta məktəb binasının iki otağının və dəhlizinin yanar konstruksiyaları 96 m² sahədə yanıb.

Yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti