“İctimai nəqliyyatdan istifadə edirəm" - Prezidentin köməkçisi

18:07 - 10 İyul 2020 - Xəbər

“Qərarlar tək bir insan tərəfindən qəbul olunmur. Düşünüldü ki, ictimai nəqliyyatdan istifadə edənlərin sayı azalacaq. Ona görə bunlar düşünülmüş qərarlardır”.

Bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bu gün keçirilən brifinqdə deyib. Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə bildirib ki, o özü şəxsən ictimai nəqliyyatdan istifadə edir:
“İstəsəniz sizə metro kartımı göstərə bilərəm. Avtobuslarda sıxlıq vizual görünürdü. Nəqliyyat agentliyinə bildirildi ki, avtobusların sayı çoxaldılsın. Metronun fəaliyyəti epidemioloji vəziyyət nəzərə alınaraq bağlanıb. İş saatlarında fərqli vaxtlar tətbiq olunub”.///qafqazinfo

Xəbər xətti