Azərbaycanda 9 nəfər koronavirusdan öldü- 451 nəfər sağaldı

18:32 - 5 İyul 2020 - Xəbər

Azərbaycanda 523 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 451 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər isə vəfat edib.

İndiyədək 250 nəfər bu virusdan dünyasını dəyişib, 11 742 nəfər sağalıb.

Ötən müddət ərzində 516 min 533 test aparılıb. Bugünkü test sayı isə 6722-dir.

Xəbər xətti