Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda 9 nəfər koronavirusdan öldü- <font color=red>451 nəfər sağaldı<b></b></font>

18:32 - 5 İyul 2020 tarixində dərc olunub.

Azərbaycanda 523 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 451 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər isə vəfat edib.

İndiyədək 250 nəfər bu virusdan dünyasını dəyişib, 11 742 nəfər sağalıb.

Ötən müddət ərzində 516 min 533 test aparılıb. Bugünkü test sayı isə 6722-dir.

Müəllif: