İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ və İsrailə məxsus gəmini vurduğunu iddia edib.
Ucnoqta.az xəbər verir ki, SEPAH İran gəmilərinə edilən hücumlara cavab olaraq ABŞ və İsrailə məxsus gəmini qanadlı raket ilə vurduğunu iddia edib.
"Terrorçu və uşaq öldürən qüvvə olan ABŞ ordusunun Oman dənizində İran gəmisi Lian Star-a təcavüzkar hücumundan sonra İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) donanması cavab olaraq ABŞ-sionist düşmənə məxsus MSC Sariska-ya qanadlı raket zərbəsi endirdi", - deyə İranın dövlət televiziyası İİKK-nın bəyanatına istinadən bildirib.