ABŞ İrana zərbələr endirib

07:28 - 1 İyun 2026 - DÜNYA

ABŞ ordusu İran radarına və dronlarının idarəetmə qurğularına zərbələr endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X-də məlumat yayıb.

Komandanlığın açıqlamaslnda deyilir ki, CENTCOM özünümüdafiə məqsədilə Qaruk və Qezm adalarında İran radarına, idarəetmə və monitorinq qurğularına zərbələr endirib.

CENTCOM-un məlumatına görə, zərbələr 30 və 31 may tarixlərində baş verib və İranın ABŞ-ın MQ-1 dronunu vurması iddiasına cavab olaraq həyata keçirilib. Komandanlıq əlavə edib ki, ABŞ qırıcı təyyarəsi tez bir zamanda cavab verərək İranın hava hücumundan müdafiə sistemlərini, yerüstü idarəetmə stansiyasını və iki kamikaze dronunu məhv edib.

Hadisə nəticəsində ABŞ hərbi qulluqçularından heç biri xəsarət almayıb.

Xəbər xətti