Küveytin hava hücumundan müdafiə sistemi ölkə ərazisi üzərində pilotsuz təyyarə və raket hücumlarını dəf edir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Əmirliyin Müdafiə Nazirliyi X-də məlumat paylaşıb.
"Küveytin hava hücumundan müdafiə sistemi hazırda düşmənin raket və pilotsuz təyyarə hücumlarına qarşı mübarizə aparır. Ordu Baş Qərargahı partlayışların düşmənin hücumlarının nəticəsi olduğunu qeyd edir", - Əmirliyin Müdafiə Nazirliyinin açıqlamasında deyilir.
Küveyt Ordusu vətəndaşları müvafiq orqanlar tərəfindən verilən təhlükəsizlik təlimatlarına əməl etməyə çağırır.