"Fukusima"dan təmizlənmiş su okeana buraxılacaq

15:46 - 1 İyun 2026 - DÜNYA

Yaponiyanın enerji şirkəti "Tokyo Electric Power" (TEPCO)-nun mütəxəssisləri "Fukusima" Daiçi Atom Elektrik Stansiyasından təmizlənmiş texnoloji suyun okeana buraxılmasının iyirminci mərhələsinə başlayıblar.

Ucnoqta.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilib.

Əvvəlki buraxılışlarda olduğu kimi, 19 iyun tarixinə qədər okeana 7800 ton suyun buraxılması planlaşdırılır.

2023-cü ildə Yaponiya hökuməti 30-40 il davam edəcək təmizlənmiş suyun okeana tədricən buraxılmasına başlamaq qərarına gəlib. Hər mərhələ təxminən 7800 ton suyun buraxılmasını əhatə edəcək.

Xəbər xətti