Qanunsuz saxlanılan silahlar aşkarlanıb

11:08 - 1 İyun 2026 - HADİSƏ

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Bu barədə Ucnoqta.az-a DİN Mətbuat xidmətindən məlumat verilib.

Mayın 30-da və 31-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 3 tüfəng, 5 patron darağı və 79 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

 

Xəbər xətti