Cənubi Koreyanın Daejeon şəhərindəki "Hanwha" Aerokosmik müəssisəsində baş verən partlayış nəticəsində ən azı dörd nəfər həlak olub, iki nəfər yaralanıb.
Ucnoqta.az xəbər verir ki, Yonhap xəbər agentliyi yerli polisə istinadən bu barədə məlumat yayıb.
Partlayış yerli vaxtla səhər saat 10:59-da baş verib. Prezident Li Ce Myonq insanların xilas edilməsi üçün bütün resursların səfərbər edilməsini əmr edib.