Əli Əsədov qərar imzaladı

15:59 - 28 Aprel 2026 - Xəbər

Nazirlər Kabineti “Vahid elektron arxiv” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi və “Milli arxiv fonduna məxsus elektron sənədlərin daimi dövlət mühafizəsinə qəbulu, mühafizəsi, istifadəsi və arxiv sənədlərinin rəqəmsallaşdırılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 9 fevral 2024-cü il tarixli qərarında dəyişiklik edib.

Ucnoqta.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, “Vahid elektron arxiv” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib.

Milli Arxiv İdarəsi Vahid elektron arxiv” informasiya sisteminin (bundan sonra – Sistem) aparılması, fəaliyyətinin təşkili, saxlanılması, ondan səmərəli istifadənin təmin edilməsi və inkişaf etdirilməsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Sistemin “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görməli, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

“Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” ölkə Prezidentinin 12 sentyabr 2018-ci il tarixli fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etməlidir.

Xəbər xətti