Yaponiyanın şimal-şərqində yerləşən İvate prefekturasında meşə yanğınları artıq 430 hektardan çox meşəlik ərazini əhatə edib.
Ucnoqta.az bildirir ki, Yaponiya Baş Nazirlər Kabinetinin katibi Minoru Kihara bu barədə jurnalistlərə açıqlama verib.
O qeyd edib ki, hazırda bir itki barədə məlumat var: yerli sakin evakuasiya mərkəzində yıxılaraq yüngül xəsarət alıb. O, həmçinin bildirib ki, indiyə qədər 2588 nəfər üçün evakuasiya əmri verilib.
Özünü Müdafiə Qüvvələrinin şəxsi heyətinin dəstəyi ilə yanğınsöndürənlər həm yerüstü, həm də hərbi helikopterlərdən istifadə edərək yanğınla mübarizə aparırlar.
Üç gündür meşə yanğınlarının davam etdiyi İvate prefekturasındakı nəhəng meşə qurşağına bitişik şəhər və kəndlərin ümumi əhalisi təxminən 10.000 nəfərdir.