Rusiya əleyhinə sanksiyaların 20-ci paketində Aİ Rusiyadan metal və mineralların idxalına 530 milyon avro dəyərində məhdudiyyətlər tətbiq edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının bəyanatında bildirilib.
Sənəddə qeyd olunur ki, əvvəllər sanksiyalara məruz qalmayan metalların, kimyəvi maddələrin və mineralların idxalına 530 milyon avro dəyərində yeni məhdudiyyətlər tətbiq edilib.