Rusiyanı G20 sammitində kimin təmsil edəcəyi ilə bağlı qərar hələ verilməyib; bu, tədbirə yaxın vaxtlarda veriləcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin Rusiya prezidenti Vladimir Putinin 2026-cı ildə ABŞ-da keçiriləcək G20 sammitində iştirakının mümkünlüyü ilə bağlı sualına cavabında bildirib.
"Hələlik belə qərarlar qəbul edilməyib, lakin Rusiya hər sammitdə müvafiq səviyyədə iştirak edib. G20 tərəfində işlər davam edir. İştirakımızın formatı ilə bağlı qərar sammitə yaxın vaxtlarda veriləcək", - deyə Peskov əlavə edib.