Bakıda bu marşrut nağdsız ödəniş sisteminə keçir

19:32 - 23 Aprel 2026 - AVTO

Aprelin 25-dən Bakıda 140A nömrəli marşurut nağdsız ödəniş sisteminə keçəcək.

Ucnoqta.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, marşrut üzrə ekoloji cəhətdən təmiz CNG texnologiyasına malik 12 avtobus fəaliyyət göstərir, paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsini Xırdalan şəhəri ilə əlaqələndirir.

Avtobuslar arası interval 10 dəqiqə, gediş haqqı 0,7 manatdır.

Xəbər xətti