İsrail və ABŞ İranla bağlı məqsədləri üst-üstə düşüblər və İsrail tərəfi istənilən ssenariyə, o cümlədən yenidən başlayan hərbi əməliyyatlara hazırdır.
Ucnoqta.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu bildirib.
"Amerikalı dostlarımız bizə İranla əlaqələri barədə daim məlumat verirlər. Bizim və ABŞ-ın məqsədləri üst-üstə düşür: biz zənginləşdirilmiş uranın İrandan çıxarılmasını, İranın uran zənginləşdirmə imkanlarından imtina etməsini və təbii ki, boğazların açılmasını istəyirik", - deyə Netanyahu Baş Nazir Ofisi tərəfindən yayımlanan videomüraciətdə bildirib.
"Bu hekayənin necə bitəcəyini və ya hətta necə inkişaf edəcəyini demək üçün hələ tezdir. Hərbi əməliyyatların mümkün yenidən başlamasını gözləyərək, biz istənilən ssenariyə hazırıq", - deyə o əlavə edib.