Quterreş ABŞ və İranı danışıqları davam etdirməyə çağırdı

21:15 - 14 Aprel 2026 - DÜNYA

BMT-nin Baş katibi Antonio Quterreş ABŞ və İran arasında danışıqların davam etməsini vacib hesab etdiyini bildirib və uzun sürən və mürəkkəb münaqişənin ilk sessiyada həllini gözləməyin qeyri-real olduğunu bildirib.

Ucnoqta.az xəbər verir ki, Quterreş BMT-nin mənzil-qərargahında jurnalistlərə bildirib.
"Deməliyəm ki, bu danışıqların davam etməsini vacib hesab edirəm. Düşünürəm ki, belə mürəkkəb, uzunmüddətli məsələnin ilk danışıqlar sessiyasında həll olunmasını gözləmək qeyri-real olardı. Buna görə də, danışıqların davam etməsini və danışıqlar davam etdikcə atəşkəsin qorunmasını istəyirik", - Baş katib deyib.

Xəbər xətti