Kahramanmaraş valisi Mükerrem Ünlüer hücumda 3 şagird və 1 müəllim də daxil olmaqla 4 nəfərin həyatını itirdiyini, 20 nəfərin isə yaralandığını bildirib.
Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 8-ci sinif şagirdi çantada silah daşıyaraq şagirdlərin olduğu iki sinif otağına girib və fərq qoymadan atəş açaraq ölüm və yaralanmalara səbəb olub. . Onlardan biri müəllim, 3-ü isə şagirddir. Həmçinin 20 yaralı var. Onlardan dördü hazırda əməliyyat olunur.
15:14
Türkiyədə Kahramanmaraşın Onikişubat rayonundakı Ayser Çalık Orta Məktəbində atışma baş verib.
Ucnoqta.az xəbər verir ki, Kahramanmaraş valisi Mükerrem Ünlüer hücumda ölən və yaralananların olduğunu açıqlayıb.
Məlumatlardan sonra hadisə yerinə çox sayda polis qrupu göndərilib. Hadisə yerində yaralıların olduğu bildirilib.