İran münaqişənin diplomatik yolla həllinə sadiqdir, lakin ölkənin ordusu istənilən təxribata cavab verməyə hazırdır.
Ucnoqta.az xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Bəqayi Mehr agentliyinə bildirib.
O, brifinqdə bildirib ki, diplomatik proseslər irəlilədikcə, İran İslam Respublikasının Silahlı Qüvvələri hadisələri yaxından izləyir və istənilən təxribata cavab verməyə hazırdır.