Netanyahu "Hizbullah"a qarşı kampaniyanın davam etdiyini açıqlayıb

00:00 - 13 Aprel 2026 - DÜNYA

İsrail Baş naziri Binyamin Netanyahu Livanın cənubundakı İsrail qoşun mövqelərini ziyarət edib.

Ucnoqta.az xəbər verir ki, Baş nazirin ofisi bunu açıqlayıb.

Qeyd olunub ki, Baş naziri bu səfərdə İsrail müdafiə naziri İsrael Katz, İsrail Ordusunun Baş Qərargah rəisi general-leytenant Eyal Zamir və Şimal Komandanlığının komandanı general-mayor Rafi Milo müşayiət edib.

Səfərdən sonra Netanyahu "Hizbullah"ın hərbi qanadına qarşı kampaniyanı davam etdirmək niyyətində olduğunu açıqladı. "Müharibə davam edir, o cümlədən bir müddət əvvəl olduğum Livandakı təhlükəsizlik zonası daxilində", - deyə o bildirib.

Xəbər xətti