Dünya bazarında neft qioymətləri yüksəlib. Azərbaycan əsasən "Aİ-95" (Premium) və "Aİ-98" (Super) markalı benzinləri xaricdən idxal edir. Bəs bu bahalaşma Azərbaycanın idxal etdiyi benzinlərin qiymətinin artmasına təsir edə bilərmi?
Mövzu ilə bağlı Ucnoqta.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirdi ki, neftin qiymətində artım geosiyasi gərginliklərlə bağlıdır.
"Neft bazarında fiziki problem yoxdur. Makroiqtisadi göstəricilərə, iqtisadiyyatla bağlı məsələlərə görə deyil. İran ətrafında problemlər həllini tapan kimi neftin qiyməti düşəcək".
İqtisadçı qeyd etdi ki, bu anlamda tələskənliyə yol verməyə daxili bazarda da qiymət artımına getməyə ehtiyac yoxdur:
"Ən azı 2-3 həftə də gözləmək lazımdır ki, dünyadakı proseslər hansı istiqmaətdə inkişaf edəcək. Azərbaycan neftinin qiymətinin artması bir tərəfdən də yaxşıdır ki, ölkəyə valyuta gəlirləri daxil olacaq. Bu da Azərbaycanın valyuta gəlirlərinin artmasına səbəb olacaq".
Emin