Keşlədəki həmin ev sökülür

20:59 - 5 Aprel 2026 - Xəbər

Xətai rayonu, Rəşid Bağırov 36/12b ünvanında kollektor üzərində tikilmiş ikimərtəbəli evin sökülməsi qərara alınıb.

Ucnoqta.az xəbər verir ki, aidiyyəti qurumlar tərəfindən artıq söküntü işlərinə başlanılıb.

Belə ki, evin bünövrəsinin çökməsi nəticəsində kollektorun bir hissəsi tutulub və yağış sularının kənarlaşdırılması çətinləşib. Nəticədə güclü yağıntı zamanı ərazidə su basma halları baş verib.

Məlumata görə, gələcəkdə belə halların qarşısının alınması üçün qanunsuz inşa edilmiş həmin evin təcili sökülməsi və kollektorun bərpa edilməsi zəruri hesab olunur.

Xəbər xətti