Lavrov və Fidan Putinin danışıqlar aparmaq təşəbbüsünü müzakirə ediblər

23:22 - 12 May 2025 - DÜNYA

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Türkiyənin xarici işlər naziri Hakan Fidan telefonla Rusiya prezidenti Vladimir Putinin mayın 15-də İstanbulda Ukrayna nizamlanması üzrə birbaşa danışıqlara başlamaq təşəbbüsü ilə bağlı məsələləri müzakirə ediblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bildirilir ki, xarici siyasət idarələrinin rəhbərləri mayın 15-də İstanbulda Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Ukrayna nizamlanması üzrə birbaşa danışıqlara başlamaq təşəbbüsü ilə bağlı məsələləri müzakirə ediblər.

Xəbər xətti