Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru Nqozi Okonjo-İveala ABŞ və Çin arasında Cenevrədə başa çatan iki günlük danışıqların nəticələrindən məmnun olduğunu bildirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.
"ABŞ və Çin arasında Cenevrədə aparılan danışıqların müsbət nəticələrindən məmnunam. Bu müzakirələr irəliyə doğru atılmış mühüm addımdır və ümid edirik ki, gələcək üçün yaxşı vəd edir” - baş direktor deyib.
O hesab edir ki, hazırkı qlobal gərginliyi nəzərə alaraq, bu irəliləyiş yalnız ABŞ və Çin üçün deyil, dünyanın qalan hissəsi, o cümlədən ən həssas iqtisadiyyatlar üçün vacibdir.