Yeni virus daha bir pandemiyaya səbəb ola bilər

12:11 - 30 İyun 2020 - DÜNYA

Çinli alimlər yeni bir pandemiyaya səbəb ola biləcək donuz qripinin əvvəllər bilinməyən yeni növünü kəşf ediblər.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın “Proceedings of the National Academy of Sciences” jurnalında məlumat verilib.

Sözügedən virusun 2009-cu il pandemiyasına səbəb olan (H1N1) pdm09 virusunun genlərini daşıdığı məlum olub. G4 EA H1N1 adlandırılan yeni virusun 2016-cı ildən etibarən donuz populyasiyalarında geniş yayıldığı qeyd olunub.

Mütəxəssislər virusun yaxın gələcək üçün təhdid olmadığını, lakin insanlara yoluxma riski daşıdığını və pandemiyaya çevrilməməsi üçün diqqətlə izlənilməli olduğunu bildirib.

 

Xəbər xətti