Rusiyada COVID-19-a yoluxanların sayı 613 994 nəfərə çatıb

11:46 - 25 İyun 2020 - DÜNYA

Rusiyada son sutka ərzində daha 7113 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 613 994 nəfərə çatıb.

Son sutka ərzində 92 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 8605 nəfərə çatıb.
Xəstəlikdən sağalanların sayı 375 164 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ və Braziliyadan sonra üçüncü yerdə gəlir.///Apa

Xəbər xətti