Tehranda partlayış olub, ölənlər və xəsarət alanlar var

21:31 - 23 İyun 2020 - DÜNYA

İranın paytaxtı Tehranda qaz balonu doldurma məntəqəsində partlayış baş verib.

Məlumata görə, partlayış Tehranın Xorasan meydanı yaxınlığında qeydə alınıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, bir neçə partlayış səsi eşidilib və güclü yanğın baş verib. Hadisə nəticəsində 2 nəfərin öldüyü və bir neçə nəfərin yaralandığı bildirilir.///Apa

Xəbər xətti