Türkiyədə koronavirusdan sağalanların sayı 162 min nəfəri ötüb

21:26 - 23 İyun 2020 - DÜNYA

Türkiyədə son 24 saat ərzində daha 27 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca öz "Twitter" səhifəsində bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 5 001 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 1 268 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 190 165 nəfərə çatıb.
Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 1 315 nəfər olmaqla 162 848 nəfər təşkil edir.

Son sutka ərzində koronavirusla bağlı 40 496 test aparılıb.///trend

 

Xəbər xətti