Dünyada koronavirusa yoluxanların sayı 9 milyonu ötdü

22:34 - 22 İyun 2020 - DÜNYA

Dünyada yeni növ koronaviusa yoluxanların sayı 9 milyon nəfəri ötüb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Con Hopkins Universitetinin hesabatında deyilir.

Məlumata əsasən, ən çox yoluxma halları ABŞ-da (2 289 168), Braziliyada (1 083 341), Rusiyada (591 465), Hindistanda (425 282) və Böyük Britaniyada (306 761) qeydə alınıb.
Qeyd edilir ki, hazırkı dövrədək dünyada koronavirusdan 469 122 nəfər vəfat edib.

Xəbər xətti