ÜST rəhbəri: “Koronavirusla bağlı vəziyyəti pisləşir”

08:51 - 9 İyun 2020 - DÜNYA

Avropada koronavirusla bağlı vəziyyət yaxşılaşsa da, dünya miqyasında pisləşir. 

APA xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.
"Bizdə olan məlumata görə, hazırda demək olar ki, dünyada 7 milyon insan koronavirusa yoluxub. Ölənlərin sayı isə 400 mindir. Lakin Avropada vəziyyət yaxşılaşmağa doğrudur”, - deyə Baş direktor vurğulayıb.

Xəbər xətti